Thursday, April 20, 2017

Avropada İslam maliyyəsi (52)

Ardı
İslam maliyyəsi industriyasının artımı əsasən aşağıdakı amillərdən irəli gəlmişdir:
§  illər ərzində yüksək neft qiymətlərinə görə əldə olunmuş neft dollarlarının bol likvidliyi ilə bağlı axınlar;
§  aidiyyatlı ölkələrdə islam maliyyəsi bazarlarının inkişafının təşviq ilə bağlı qanunvericiliklərin aktiv rolu;
§  müsəlman əhalinin sayının artımı və bu xüsusda Şəriətə uyğun məhsullara olan yüksək tələb;
§  İslam maliyyəsinin qlobal maliyyə sabitliyinin təşviq edilməsi səylərinə dəstək verməsi ilə bağlı artan düşüncələr;
§  fatiki olaraq beynəlmiləl təşkilatların (BFV və s. kimi), həmçinin bir sıra mərkəzi bankların özlərinin iqtisadi blok və regionlarında İslam maliyyəsi təşəbbüslərinin perspektivlərini araşdırmağa, tədqiq etmətə başlamaları.

Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment