Tuesday, July 11, 2017

Avropada İslam maliyyəsi (76)

Ardı
Son illərdə Fransanın tənzimləmə institutları ölkədə İslam maliyyəsinin təşviq edilməsi istiqamətində bir sıra addımlar atmışlar.
İlk təşəbbüs 2008-ci ilin iyul ayında elan edildi.
Bu təşəbbüs Fransada İslam maliyyəsinin inkişafı istiqamətində əhəmiyyətli dərəcədə:
-      vergi
-      və tənzimləmə
islahatlarını ehtiva edirdi.
Daha dəqiq desək, bu dəyişikliklər:
-      Fransa tənzimləyici bazarına sukukun listinqinin daxil edilməsi;
-      İslam maliyyəsi əməliyyatlarının vergiyə cəlb olunması rejimi;
-      və az da olsa Fransa qanunvericiliyi islahatları
ilə əlaqədar idi.
Bu dəyişikliklərə görə, sukuk emitentlərinin vergi məqsədləri üçün ödədiyi kompensasiyalar ənənəvi istiqraz təklifi üzrə faiz ödənişləri ilə eyni tutulmuş və vergiyə cəlb olunan gəlirdən çıxılmışdır.

Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment