Monday, July 31, 2017

Avropada İslam maliyyəsi (77)

Ardı
Əlavə olaraq, Fransada sukuk üzrə qeyri-rezident investorlara ödənilən kompensasiya məbləği vergidən azaddır.
Burada təklifin Fransa və ya başqa ölkə qanunvericiliyi ilə tənzimlənməsindən asılı deyildir.
2010-cu ilin iyulunda Fransa hökuməti sukukun emissiyasını asanlaşdırmaq məqsədilə qanunvericiliyə bir sıra dəyişikiklər etdi.
Bu dəyişikliklərlə:
-      ikiqat rüsum;
-      əmlakdan kapital gəliri üzrə vergi ödənişi
aradan qaldırıldı və əmlak agentlərini tənzimləyən qaydalar təkmilləşdirildi.
2011-ci ilin iyununda Fransa ilk dəfə İslam depozit sxeminə keçidə şahidlik etdi.
Bu yeni model mövcud ənənəvi bankların birində İslam pəncərəsi vasitəsilə yaradıldı.

Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment