Wednesday, December 5, 2018

A63.1

Müasir bəşəriyyətin elmi-texniloji nailiyyətləri mahiyyət etibarilə bir meyvə ağacının bəhrəsi, bir heyvan südünün faydası qədərdir. Bütün bunlar insanın öz ömür müddəti ərzində mütləq həqiqətə doğru irəliləməsi, ona yetişməsi yolunu asanlaşdırmaq, rahatlaşdırmaq üçündür. Çünki, özü-özlüyündə, yəni ali hədəfə yönəlməyincə bu elmi-texnoloji imkanlar hər hansı yüksək dəyəri ifadə edə bilməz. Hər şeyin sonunun məhvə məhkum olduğu zahiri aləmdə başqa necə ola bilsin ki?! Bütün zahiri varlıq aləminin, o cümlədən insan əli ilə meydana gələn texnoloji imkanların yeganə ünvanı insan ruhunun keyfiyyətidir. Belədirsə, hər zərrə də ali, belə deyilsə hər böyük də cılızdır. (ardı var)

No comments:

Post a Comment