Thursday, February 21, 2019

A86.1

Ardı:
Lakin, sofizmin ən ilkin dövrdə (təqribən e.ə. V əsr) tarixən formalaşması gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlarla bağlı olmuşdur. Bu şəxslər hüquqi, siyasi biliklərə yiyələnməklə, həmin biliklərin fəlsəfəsi ilə məşğul olurdular. İlkin dövrdə “sofistlər” məhz həmin şəxslərə deyilirdi. Onların bir çoxu şagirdlərinə mübahisələrdə qalib gəlmək bacarıqlarını aşılayırdılar. Tədricən onlar fəlsəfi bilikdən ayrılaraq bacarıqlarını mübahisədə nəyin bahasına olursa olsun qalib gəlməyə yönəltdilər. Beləliklə, sonralar “sofist” anlayışı yanlış olduğunu bildiyi halda bilərəkdən üzdə məntiqi, dərində isə qeyri-məntiqi dəlillərlə fikrini əsaslandırmağa çalışan adamlara aid edildi. (ardı var)

No comments:

Post a Comment