Wednesday, July 8, 2020

A219.1

Ardı:
Son mərhələdə insan, üstünlük verdiyi şüurlu mənəvi dəyərlərinə uyğun davranış və düşüncə modelini özü seçir. Bu düşüncə və davranışlar insanın həyatı boyu öyrəndiyi, topladığı, sahib çıxdığı şəxsiyyət prinsiplərinə əsaslanır.
Psixoloq və sosioloqlar qeyd edir ki, bəzi şəxsiyyətlərdə bu, ilkin mərhələdə qarşılıqlı sosial münasibətləri dərindən anlamaq və başqalarına daha çox kömək etmək istəyindən doğur. Növbəti mərhələdə isə artıq vicdanının tələbinə çevrilir. Bunu xüsusilə qeyd etmək lazımdır ki, sözügedən əxlaq səviyyəsi hər kəs üçün əlçatan deyil.

İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

No comments:

Post a Comment