Sunday, July 26, 2020

A226.1

Ardı:
Əksər filosofların fikrincə, hər şeyin təməlində, ən dərin mahiyyətində şübhəsiz ki, ilk səbəbiyyət dayanır. Onu vahid ideya kimi də adlandırmaq olar. O, zamanın və məkanın fövqündədir. Çünki, bu iki mühüm fenomen özü də həmin səbəbiyyətdən doğan nəsnədir, varlıqdır.
Sözügedən mövzuda o da xüsusi vurğulanır ki, bu, fəlsəfə tarixinin həm dü¬nə¬ni, həm də bu günü üçün ən mühüm əhəmiyyət kəsb edən problematikalardan biri, bəlkə də birincisidir. İlkin səbəbiyyət elə bir dayaq nöqtəsidir ki, onun dayanma səbəbi özündəndir və bütün varlıq aləmi onun üzərində mövcud olmaqdadır.

No comments:

Post a Comment