Sunday, October 11, 2020

A248.1

 Ardı:

Bir qrup fəlsəfə məktəbləri varlıq aləmi və ilkin səbəbiyyət dualizmini ümumiyyətlə qəbul etmir. Onların idrakına görə, bütün yaradılış aləmi Yaradanın içindədir, ondan heç bir mənada ayrı deyildir. O, hər şeyi əhatə edir.

XV əsr alman filosofu Nikolay Kuzanlı qeyd edir ki, xətt nöqtənin açılışı olduğu kimi kainat da Allahın təzahürüdür.

Filosofa görə:

kainat Yaradanın surətində yaradılmışdır;

Yaradan kainatla vəhdətdə var olmaqla hər bir şeydədir;

bütün yaradılış da Yaradanın içindədir.

İstifadə olunmuş mənbə:

https://az.wikipedia.org/wiki/H%C9%99qiq%C9%99t


No comments:

Post a Comment