Ardı:
Yaradılmışların bir hissəsi olan insan da təbiətlə yanaşı mütləq həqiqətin, ilkin səbəbiyyətin dərkinə aparan bir vasitədir.
Bütün səmavi dinlər insanı ilk həqiqətin təcəssümü, onun sifətlərini daşıyan obrazı hesab edirlər. Eyni zamanda bu yanaşmalarda insan nəinki haqqı əks edən vasitədir, o, haqqı ifadə edən ən ali yaradılışdır. Çünki, bu məktəblərin təlimində bütün yaradılış aləmi, hətta hər bir kiçik əşya da ilkin səbəbiyyəti, Yaradanı ifadə edən vasitədir. İnsan isə bu mexanizmin ən ali modeli, ən bariz nümunəsidir.
İstifadə olunmuş mənbə:
https://az.wikipedia.org/wiki/H%C9%99qiq%C9%99t
No comments:
Post a Comment