Tuesday, January 10, 2023

A468.1

Ardı:

"Tao" anlayışı Konfutsi fəlsəfəsinin mərkəzində dayanır. 

Bu anlayışa filosofdan əvvəlki bürünc yazılarda, habelə onun dövründən sonrakı yazılı mənbələrdə rast gəlinir. Tao anlamaq, davranmaq, idarə etmək mənalarını ifadə edir.

Bu anlamına görə Tao həm şəxsi, həm də toplu səviyyələrdə izlənməsi tövsiyə olunan yol, dünya görüşü kimi təqdim olunur. Burada ədalət, səmimilik, zəriflik kimi dəyərlər ehtiva olunur.

Qeyd olunur ki, Tao nalayiq işlərə mane olur, qarşılıqlı münasibətlərdə insanlar arasında sağlam bağlılığı təmin edir. Xalq Taoya sahib olsa, faydalı qanunlarla idarə olunacaq, cəmiyyətdə əxlaq qanunları uğurla işləyəcək.

İstifadə olunmuş mənbə: anl.az


No comments:

Post a Comment