Monday, May 6, 2013


Kamil iqtisadi davranışların platforması

 
İqtisadi sistem bütövlükdə iqtisadi davranışların rasional təşkilindən asılıdırsa, iqtisadi davranışların özü onların reallaşdığı platformadan irəli gəlir. Yəni, şəxsin (bəsit anlamda insanın, nisbətən mürəkkər anlamda firmanın) iqtisadi davranışının oblastı onun sosial-iqtisadi təbiətini və nəticələrini müəyyən edir.

İnsan elə bir əqli potensiala sahibdir ki, o, təkcə “olar”larla “olmaz”lar, yəni yaxşı ilə pis arasında seçim etmək istedadına malik diliydir. O, həm də çoxlu “olar”lar arasında ən rasionalını, başqa sözlə yaxşılar arasında ən yaxşısını (ən azından ən yaxşıya yaxın olanını) seçə bilmək qüdrətinə malikdir. Bu, insanı digər canlılardan fərqləndirən ən ali xüsussiyyətlərdən biridir.

Məhz, yaxşılardan ən yaxşısını seçə bilmək istedadı, insanı yaxşılardan ibarət oblasta aparır. Başqa sözlə, bu oblasta fərdin davranış funksiyası həmişə müsbət qiymət alır, yaxud bu oblasta fərdin davranış funksiyasının mənfi qiymət alması şansı sıfra bərabərdir. Bu platformada insanın davranışlarının, o cümlədən iqtisadi davranışlarının nəticəsi mütləq yaxşıdır: minimum yaxşı, maksimum isə ən yaxşı.

Məhz bu oblast və ya platforma rasional və ya kamil iqtisadi davranışların platforması adlana bilər.

 
Ağanemət Ağayev

No comments:

Post a Comment