Firavan
cəmiyyətdən ötrü fərdlərin məmnunluğu, razılığı gərəkdir.
Fərdlərin
məmnunluğundan ötrü onların həqiqi xoşbəxtliyi
gərəkdir.
Həqiqi
xoşbəxtlik mənəvi zənginlik və maddi müstəqillik istər.
Maddi müstəqillik
reallaşdırıla bilən iqtisadi resurslara bağlıdır.
İqtisadi
resursların realizasiyası fərdin qabiliyyətindən asılıdır.
Fərdin
qabiliyyət qazanması üçün savad alması gərəkdir.
Savad
üçün öyrənmək lazımdır.
Öyrənmək
əqlin təmas etdiyi bütün naməlumların məluma çevrilməsidir.
Əqlin təmas
etdiyi ən yaxın və böyük naməlum insanın özüdür.
İnsan
özü üçün naməlum olan ən ali kitabədir.
Uzaq naməlumları,
yəni ətraf dünyanın dərkinin qaçılmaz şərti özündərkdir.
Deməli,
həqiqi xoşbəxtlik özünüdərkdən başlayır.
Hz.
Mövlana buyurduğu kimi:
“İnsan, böyük bir şeydir
və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr buraxmaz ki insan
içindəki o elmi oxuya bilsin. Bu pərdələr və qaranlıqlar; müxtəlif dünyəvi məşğuliyyətlər,
insanın dünya işlərində götürdüyü müxtəlif tədbirlər və könlün sonsuz dünyəvi arzularıdır.”