Dövrümüzün tatınmış yazarlarından biri olan Cim
Kollinz (Jim Collins) müəllifi olduğu “Yaxşıdan dahiliyə” (“Good to great”) əsərində
“ön söz”dən qabaq səmimi hisslərini bölüşür. Oxucuya təkcə işgüzar deyil, eyni
zamanda şəxsi həyatda çox dəyərli konsepsiyaları öyrədən bu əsərdə
faydalandığım xeyli məsələlərlə yanaşı bu möhtəşəm giriş mənim üçün çox təsirli
oldu, xüsusilə əsəri oxuyub bitirdikdən sonra bir daha həmin girişi oxuduğumda.
Böyük bir yaradıcı heyətlə beş il ərzində aparılmış
gərgin araşdırmaların nəticəsi olaraq təqdim olunan əsərin başlanğıcında müəllif
qeyd edir ki, əlyazmanı bitirdikdən sonra önündə qarlı dağların göründüyü bir
yüksəkliyə qalxaraq təfəkkür etdiyimdə beynimdə qəribə bir sual yarandı. Hansı
məbləğ qarşılığında bu əsəri çap etməməyimə razılaşardım? Doğrudur, bu əsərdən
vaz keçmək üçün belə bir məbləğ yoxdur demək çətin olsa da xəyalımda yüz
milyonu ötdükdə sanki ayaq saxlamaq zamanı gəldi. Deməli, hətta bu qədər pul
qarşılığında belə bu layihədən əl çəkməyə razı olmazdım. Çünki, qəlbən mən müəlliməm. Mümkün deyil ki,
öyrəndiklərimizi bütün dünyanın tələbələri ilə bölüşməyim. Sonda müəllif bunu məhz
müqəddəs dəyərlərin xatirinə etdiyini qeyd edir.
Bir oxucu kimi mənim bu əsərdən qazındığım dəyərlərdən
biri də bu oldu ki, insan sahib olduğu dəyərləri daha bahasına satmağa öyrənməlidir,
puldan da bahasına.
No comments:
Post a Comment