Rasional davranışın əsasında rasional təfəkkür
dayanır. Rasional iqtisadi davranışa gəlincə isə o, rasional fərdi və ictimai
davranışın bir elementidir.
Beləliklə, fərd və ya institusional vahid ən
faydalı iqtisadi davranışa sahib olmaq üçün öncə ümumilikdə özünün fərdi və
ictimai davranışını rasionallaşdırmalıdır. Bunun üçün isə o rasional təfəkkürə
malik olmalıdır.
Bəs rasional təfəkkür nədir?
Rasional təfəkkür davranışa təkan verən niyyət, məram,
məqsəd kimi ön amilin ən döğrusunun seçilməsi qabiliyyətidir.
Bu mənada rasional təfəkkür fərdin xasiyyəti ilə
bağlı məsələdir. Lakin, tam ondan asılı deyildir. Çünki, rasional təfəkkür fərdin
xasiyyətindən daha geniş anlayışdır, çoxluqdur. Buna görə də rasional təfəkkür
fərdin xasiyyətini dəyişmək imkanına malikdir.
Şəkil 1.
Rasional təfəkkürdən rasional davranışa

No comments:
Post a Comment