Saturday, December 28, 2013

İmam Əlinin iqtisadi məktəbi

İmam Əli haqqında

İmam Əli (ə.s.) On İki İmam silsiləsinin birinci imamıdır. O, sonuncu Peyğəmbərdən (s.ə.a.s.) sonra həm ictimai, həm də fərdi səviyyədə maddi-material həzzə və rahatlığa biganəliyin ən yüksək nümunəsini göstərən ustaddır.  Məhz, buna görə o, müqəddəs İslam Peyğəmbərinin ilk mənəvi davamçısı və ardıcılı hesab olunur.

İmam Əli (ə.s.) dövrünün insanlarını fərqli üslubda yönəltmək istəmişdir. Bu barədə Nəhcül Bəlağə (Ən Gözəl Ali Nitq) əsərindən öyrənmək mümkündür. İmam Əlinin (ə.s.) bu kitabda qeyd olunan yetmiş səkkiz məktubu arasında bəziləri mövcuddur ki, burada məram daha gözəl ifadə tərzində, daha aydın və müfəssəl ifadə olunur.

İmam Əlinin (ə.s.) ədaələtli idarəetmə ideyaları onun şəxsi mövqeyinin ifadəsi olmamışdır. Bu ideyalar Qurani Kərimdə vəhy olunan və müqəddəs Peyğəmbərin (s.ə.a.s.) hədislərində çatdırılan İslam prinsiplərinin mahiyyətinə söykənmişdir.

Nəhcül Bəlağə haqqında

Nəhcül Bəlağə İmam Əlinin (ə.s.) xütbələrindən, məktublarından və kəlamlarından ibarətdir. Burada hərbə, ədalətin qorunmasına, rəsmi nümayəndələrə, icra məmurlarına, tacirlərə və mükəmməl təfəkkürü ilə İmam Əlinin (ə.s.) müraciət etdiyi digər şəxslərə aid bölmələr mövcuddur.


www.balaghah.net
ardı var...

No comments:

Post a Comment