Thursday, December 26, 2013

Şərq iqtisadi nəzəriyyə məktəblərinin modern və modern öncəsi iqtisadi nəzəriyyə məktəbləri ilə fərqi

Şərq iqtisadi nəzəriyyə məktəblərinin modern və modern öncəsi iqtisadi nəzəriyyə məktəbləri ilə əsas fərqi iqtisadiyyata və iqtisadi münasibətlərə struktur baxış fərqliliyindən irəli gəlir.

Nizami Gəncəvi, Nəsrəddin Tusi kimi şərq iqtisadi nəzəriyyə məktəblərinin mütəfəkkirləri iqtisadi münasibətlərə və ümumilikdə iqtisadiyyata əxlaqi dəyərlər bazasında yanaşmışlar.

Fərdlər baxımından bu mütəfəkkirlər iqtisadiyyata mənəvi və ruhi məqsədlərə çatmağın aləti kimi yanaşmışlar.


Həmçinin ümumi (makro) baxımdan bu nəzəriyyələrə görə, dövlətin iqtisadi siyasəti mükəmməl sosial ədalətə, xüsusilə də əxlaq məktəblərinin mənbələrinə əsaslanmalıdır.



 Ağanemət Ağayev

No comments:

Post a Comment