Tuesday, March 4, 2014

İslam iqtisadi sisteminin əsas ideyaları (3)


-      Yaranmış vəziyyətin çarəsi kimi bəzi Qərb mütəfəkkirləri kommunizm ideyalarını irəli sürdülər.
-      Kommunizm iqtisadi doktrinası istehsal və bölgünün mərkəzləşdirilmiş ictimai mülkiyyətə məxsusluğu ideyasına əsaslanır.
-      Beləliklə, kommunistlər başqa bir ekstremuma yönəldilər və özəl mülkiyyət konsepsiyasını tamamilə rədd etdilər.
-      Kommunizm kapitalizmin qüsurlarına cavab idi.
-      O cavab ki, təbiətən içimizdə kök salmış konsepsiyanın – özəl mülkiyyətin tamamilə sıxışdırılmasına çalışırdı.
-      Təbii olaraq, tezliklə xalq kütlələrinə siyasi azadlıq verildi və onlar kommunizmə qarşı qiyam etdilər.
-      Sovetlər İttifaqında və Şərqi Avropada bu sistemin iflasa uğraması sözügedən faktın bariz nümunəsidir.
-      Buna baxmayaraq kommunizmin iflası çox ölkələrin iqtisadi siyasətinə əhəmiyyətli təsir etdi.
-      Bəzi Qərb kapitalist ölkələri kommunizmin genişlənməsinin qarşısını almaq üçün öz iqtisadi sistemlərini yenilədilər və hazırda tanınan rifah ölkələrini qurdular.


From the article by Sayyid Muhammad Rizvi, www.imamreza.net

No comments:

Post a Comment