Thursday, March 6, 2014

İslam iqtisadi sisteminin əsas ideyaları (4)

-  Rifah ölkələri işçilərin istismarının qarşısını almaq üçün müəyyən təminat məsələlərini həll edir və hər bir vətəndaşın baza ehtiyaclarını ödəyirlər.
-      İslam “doğru yol”dur və normalda buna uyğun olaraq onun iqtisadi sistemi tam balanslaşdırılmış standartlara əsaslanır.
- Kommunizmin əksinə olaraq, İslam özəl mülkiyyət konsepsiyasını tanıyır.
-    Eyni zamanda, kapitalizmin əksinə olaraq, sərvətin ictimai azlığın əlində akkumulyasiyasının qarşısını almaq üçün sərvətə sahibliyi rasional əsasda məhdudlaşdırır.
-      İslam iqtisadi sistemi belə bir inancın üzərində bərqərardır ki, Allah hər şeyin real və həqiqi sahibidir.
-  Lakin, Allah həmçinin sahiblik konsepsiyasını da bizim təbiətimizdə (batinimizdə) yerləşdirmişdir, buna görə də biz bu dünyada sərvətə malik olmağa icazə verilmişik.
-      Qurani Kərim buyurur: “Göylərdə və yerdə olan hər şey (varlıq) Allaha məxsusdur.”
-      Allah bütün kainatın sahibidir. Bu bacarığa əsaslanaraq O, bizə bu dünyada imkanlara sahib olmağı rəva bilmişdir. Buyurulduğu kimi: “O, yerdə olan hər şeyi sənin üçün yaratmışdır.”


From the article by Sayyid Muhammad Rizvi, www.imamreza.net

No comments:

Post a Comment