Tuesday, March 11, 2014

İslam iqtisadi sisteminin əsas ideyaları (5)


- Halbuki, İslam da sərvətin bir qisim insanların əlində akkumulyasiyasının qarşısını almağa çalışır, belə ki, ictimaiyyət bir tərəfdə həddən ziyadə sərvət sahibləri, digər tərəfdə səfalət içərisində olanlardan ibarət olmaqla iki qrupa parçalanmamalıdır.
-      Bu cür vəziyyətin yaranma imkanları çox realdır.
- Dünyanın varlı dövlətlərində mövcud olan kasıblıq problemlərinə, aclara və evsizlərə diqqət etsək bizə qəribə gələcək. Qurani Kərim vergi konsepsiyasını belə izah edir: “… belə ki, o, (sərvət) sizin aranızda zənginlik inhisarına çevrilməməlidir.”
-      İslam tarixinin ilk dövrlərində bu vəziyyət mövcud idi.
-   Osman bin Əffan xəlifə olan zaman bu üsulla ictimai sərvəti qısa müddət ərzinə ələ keçirdi.
-  Onun Üməyyə nəsli İslam imperiyasında ən varlı şəxslərə çevrildilər.
-    Bu baxımdan İmam Əli bin Əbu Talib özünün məşhur xütbəsində Osmanın qətlindən sonra xəlifəliyi qəbul etmək üçün həvəssiz olmasının səbəbini izah edir.


From the article by Sayyid Muhammad Rizvi, www.imamreza.net

No comments:

Post a Comment