Wednesday, November 4, 2015

İslamda iqtisadi sistem (19)

Ardı
Müəllif yazır:
İslam insanların mülkiyyət azadlıqlarını və hüquqlarını tanıyır, lakin eyni zamanda onun sərhədlərini və hədlərini müəyyən edir.
Sərhədləri aşağıdakı məqamlarla müəyyən olunur:
(a) İslami təlimin dolayı təsiri
Bu, təkan kimi götürülə bilər, belə ki, İslam dövlətçiliyinin başlıca vəzifəsi təlimdir.
Həmin təlim İslami nüfuzu və ruhu daşıyır.
Bunu qeyd etmək vacibdir ki, İslami dövlətçilik prinsipləri yenidən bərpa olunacağı təqdirdə hər hansı təbligat və təlim vasitələri xilas olmayacaq.
Bu, təlimin insanların təfəkkürlərini, hisslərini və həyata qarşı ümumi münasibətlərini şablonlaşdırmaq üçün təbii vasitədir.
Bununla yanaşı, İslamın mənəvi dəyərlər sistemi cəmiyyətdə geniş yayıldıqca qanunlardan yayınma halları əhəmiyyətli dərəcədə az olacaqdır.
Bu, hər bir insanın qanunlara hörməti üçün daxili motivasitası baxımından məntiqi nəticə ola bilər.
Beləliklə, İslami qanunların tətbiqi şəraitində kapital təmərküzləşmələri və inhisarçılıq təhlükəsi əhəmiyyətli dərəcədə azalmış olur.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment