Thursday, November 19, 2015

İslamda iqtisadi sistem (24)

Ardı
Müəllif yazır:
Peyğəmbər (s.ə.a.s.) buyurmuşdur:
"Günahkarlardan başqa heç kəs inhisarçılıqdan ləzzət almaz."
İmam Əli (ə.s.) Malik Əştərə (zamanında Misirin valisi) məktubunda yazır:
"İnhisarın qarşısı al, Allahın Peyğəmbəri tərəfindən inhisarçılıq qadağan olunmuşdur.
Buna görə, kimsə xəbərdar edildikdən sonra inhisarçılğa meyil edərsə cəzalandırılmalı və ifrata varılmadan cərimələnməlidir."
Peyğəmbər (s.ə.a.s.) buyurmuşdur:
"Bizə kələk gələn kəs bizdən deyildir."
(ii) İslam dövlətçiliyində çox zəngin insanların mülkiyyətlərinin bir hissəsinin milliləşdirilməsi üçün xüsusi hüquqlar mövcuddur.
Bu hüquqlardan müharibələr və s. milli böhranlar zamanı istifadə olunur.
İmam Əlinin Malik Əştərə məktubunda qiymətlərin təyin olunması ilə bağlı sifarişlər mövcuddur.
O, yazır: "Satış doğru tərəzilərlə olsun və qiymətlər nə satıcının, nə də alıcının haqqının qəsb olunmasına səbəb olmasın."

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment