Ardı
3. Mülkiyyətçilərinin istifadəsində olmayan bəlli torpaqlar və təbii
ehtiyatlar.
Bununla bağlı məşhur İslam qaydası
mövcuddur:
"Torpaq onu becərən üçündür."
4. Milli istehsalda istifadə olunmayan pul vəsaitlərinin yığımının və
saxlancının qarçısının alınması.
Burada müəllif Qurani-Şərifə
istinad edir:
"Qızıl-gümüş yığıb onu Allah
yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!"
Qurani-Şərif, 9:34
5. Şəxsin sərvətinin onun qohumları arasında bölüşdürülməsinə kömək
edən, həmçinin kapital şişmələrinə qarşı böyük addım olan irsi hüquqların
müdafiəsi.
"Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi
qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın
üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı
onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın
altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və
anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə
tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın
hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü
ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra
aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və)
mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah
tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət
sahibidir!
(Ey kişilər!)
Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə
yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı
sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər
sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz
ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına
düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat
etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir
qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür.
Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir.
Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə
yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar)
Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir,
həlimdir!"
Qurani-Şərif, 4:11-12
Əbdül Hüseyn Məhəmmədin
tədqiqat işindən istifadə olunmuşdur
No comments:
Post a Comment