Ardı
ii. Qiymət Nəzəriyyəsi
İbn Teymiyyənin
yazılarına görə, mikroiqtisadi təhlillərdə qiymət nəzəriyyəsi dolayı xarakterə
malikdir.
Qiymət nazarətinə
dair müfəssəl müzakirələrində İbn Teymiyyə bazarda qiymətin:
ü tələbin
ü və təklifin
qarşılıqlı
hərəkətindən asılı olaraq necə müəyyən olunduğunu təhlil edir.
Ona görə:
ü bəlli əmtəələr üzrə təklifin qıtlığına;
ü həmçinin fərdlərin gəlirlərinin artmasına görə
qiymətlər yüksələ
bilər.
Birincisi
qiymətlərin yüksəlməsi ilə nəticələnən təklif əyrisinin sola sürüşməsi
konsepsiyasını ifadə edir.
Digər tərəfdən,
ikincisi gəlirlərin artması (yaxud gəlir effekti) nəticəsində tələb əyrisinin
yuxarı sürüşməsini ifadə edir.
Beləliklə, həmin
təhlillərdə tələb və təklif əyrilərinin hərəkəti və yerdəyişməsi ideyaları
dolayı xarakterə malikdir.
Əbdül Qafar İsmailin və
Norazia Çi Ərşadın tədqiqat işindən
No comments:
Post a Comment