Thursday, March 3, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (23)

Müəlliflər yazır:
Hər hansı bir bazarda dəyişikliklərin təhlilinə adətən sadə fərziyyə əsasında yanaşılır.
Bu fərziyyəyə görə, başqa bazarlarda davranışla bağlı münasibətlər sabit götürülür.
Bu, təkyönlü tarazlıq tənlilidir.
Ümumi tarazlıq nəzəriyyəsi müxtəlif bazarlarda dəyişiklikləri nəzərə alır.
Bütün bazarlar üzrə bu cəmləşmə onların tarazlığa doğru hərəkətlərini və qarşılıqlı əlaqələrini ehtiva edir.
Sonra müəlliflər makroiqtisadi məsələlərə təmərküzləşir.
Makroiqtisadiyyat böyük aqreqatları və onların “yuxarıdan aşağı” qarşılıqlı əlaqələrini izah etmək üçün iqtisadiyyata bötövlükdə baxır.
Burada ümumi tarazlıq nəzəriyyəsinin sadə formasından istifadə olunur.
Bu kimi aqreqatlar:
o   milli gəlir və buraxılışı;
o   işsizlik dərəcəsini;
o   inflyasiyanı
eləcə də:
o   məcmu istehlak;
o   investisiya xərcləri
kimi sub-aqreqatları və onların kompenentlərini ehtiva edir.

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment