Məqsədli şəkildə həqiqətin, gerçəkliyin təhrif edilməsi yalan adlanır. Yalan həm də olmayanın uydurulması şəkilində təzahür edə bilər. Məntiqi cəhətdən doğru olmayan təfəkkür və onun məhsulu yalanın mənbəyi ola bilər.
Fəlsəfədə belə bir fərqləndirmə təqdim olunur. Əxlaqi baxımdan yanılma vicdanlı qeyri-həqiqət, yalan isə vicdansız qeyri-həqiqətdir. Əksər əxlaq məktəblərində yalnız “xilaskar yalan”, yaxud “sülh naminə yalan” fərqli qiymətləndirilir, əsasən təqdir olunur. Lakin, bununla belə, filosof İ.Kanta görə, xeyir naminə deyilmiş yalanı bağışlamaq olsa da, ona haqq qazandırmaq olmaz.
No comments:
Post a Comment