Tuesday, October 29, 2019

A160.2

Continuation:
In a number of sources, the following are listed as key values that people have or want to possess:
- a belief, or lack thereof, in the highest power (God) or affiliation with religious / idealistic institutions;
- a belief in the superior power of material resources (wealth, money, etc.);
- the belief that family is the most important thing in life;
- the belief that correctness, honesty, manliness, chastity are always the right policy;
- a belief in the importance of maintaining a healthy work / life balance.

A160.1

Ardı:
Bir sıra mənbələrdə insanların bu və ya digər keyfiyyətdə malik olduqları, yaxud malik olmaq istədikləri əsas dəyərlər kimi aşağıdakılar sadalanır:
- Ən ali gücə (Allaha) etiqad, yaxud etiqadsızlıq və ya dini/idealist institutlara mənsubiyyət;
- Maddi resursların (sərvətin, pulun və s.) üstün gücünə inam;
- Ailənin həyatda ən fundamental əməhiyyət daşımasına inam;
- Dürüstlüyün, vicdanllılığın, qeyrətin, ismətin hər zamanda ən doğru siyasət olmasına inam;
- Sağlam iş/həyat balansına malik olmağın vacibliyinə inam.

A159.2

Continuation:
Values are the main reason for the mutual rapport between individuals and institutions. Just, common values allow for intimacy.
This approach is also a criterion. So, when you want to determine the values that any individual owns and holds it is possible to define:
- its communication parties;
- then the values of those parties.

A159.1

Ardı:
Şəxslərin, eləcə də institutların qarşılıqlı yaxınlaşmalarının əsas səbəbi dəyərlərdir. Məhz, ortaq dəyərlər ünsiyyət yaxınlığına imkan verir.
Bu yanaşma həm də bir meyardır. Belə ki, ayrılıqda bir şəxsin sahib olduğu, üstün tutduğu dəyərləri müəyyən etmək istədikdə:
- öncə onun ünsiyyət tərəflərini;
- bundan sonra isə həmin tərəflərin dəyərlərini
müəyyən etmək mümkündür.

A158.2

Continuation:
In another approach, values, both at the personal and institutional levels, are their fundamental beliefs. Principles derived from values dictate behavior by helping to distinguish between good and bad.
Also the values are presented as an important factor in the activities of organizations. It is precisely the values that organizations identify and prioritize are the most important criteria for evaluating their strategic and operational performance. Among the values of organizations may also be established priorities.

A158.1

Ardı:
Başqa bir yanaşmada qeyd olunur ki, istər şəxsi, istərsə də institusional səviyyədə dəyərlər onların fundamental inanclarıdır. Dəyərlərdən doğan prinsiplər yaxşı ilə pisi fərqləndirməyə kömək etməklə davranışlara diktə edir.
Dəyərlər həm də təşkilatların fəaliyyətlərində mühüm amil kimi təqdim olunur. Məhz, təşkilatların müəyyən etdiyi və üstün tutduğu dəyərlər onların strateji və əməliyyat fəaliyyətinə qiymət vermək üçün ən bariz meyarlardır. Təşkilatlarda dəyərlərin öz arasında da prioritetlik müəyyən oluna bilər.

Wednesday, October 23, 2019

A157.2

Continuation:
Also, values are the criteria that people use to explain the purpose of a different way of life.
As a result, if the activities of person and his behavior as a whole is in harmony with his values:
- life is good;
- man is satisfied and pleased.
Also, on the contrary, everything is wrong in conflict with personal values. This is probably the most obvious condition and criterion for dissatisfaction.

A157.1

Ardı:
Həm də dəyərlər insanın yönəldiyi fərqli həyat yolunun məqsədini izah etmək üçün istifadə etdiyi meyarlardır. 
Nəticədə insanın gördüyü işlər, bütövlükdə onun davranışları dəyərləri ilə uyğundursa:
- yaşam xoşdur;
- insan məmnun və razıdır.
Eləcə də əksinə, şəxsi dəyərlərlə ziddiyyətdə hər şey yanlış məcradaymış kimidir. Bu, qeyri-məmnunluğun bəlkə də ən bariz vəziyyəti və meyarıdır.

A156.2

Continuation:
Values for a person play role of platform to judge about:
- good or bad;
- desirable or undesirable.
Another definition says that values are things that people believe are important in their lives and activities.
They define (or should) the priorities of person.

A156.1

Ardı:
Dəyərlər insan üçün bir nəsnənin:
- yaxşı, yaxud pis olması;
- arzuolunan olub olmaması
barədə hökm vermək üçün platforma rolunu oynayır.
Başqa bir tərifdə deyilir ki, dəyərlər insanın həyatında və fəaliyyətində mühüm olduğuna inandığı şeylərdir.
Onlar insanın prioritetlərini müəyyən edirlər (yaxud etməlidirlər).

Wednesday, October 16, 2019

A155.2

Continuation:
Justice, freedom of thought, solidarity, patriotism, respect for the law, tolerance, responsibility, diligence, hospitality, helpfulness and so on are all of these moral values.
In other philosophical sources we see a more interesting approach to value.
It is believed that, the value is that people are interested, loved, or cared about. In this sense, value motivates human behavior.

A155.1

Ardı:
Adillik, azad fikirlilik, birlik, vətənsevərlik, qanunlara hörmət, tolerantliq, məluliyyətlilik, çalışqanlıq, qonaqpərvərlik, yardımsevərlilik və bunun kimi digərləri həmin mənəvi dəyərlərdən hesab olunur.
Digər fəlsəfi mənbələrdə dəyər məsələsinə daha maraqlı rakursdan yanaşmanın şahidi oluruq.
Burada hesab olunur ki, dəyər o şeydir ki, insanlar onun barəsində maraqlıdırlar, əndişədədirlər, yaxud onun qayğısını çəkirlər. Bu mənada dəyər insanın davranışını motivə edir.

A154.2

Continuation:
The concept of material value can be more easily explained. It is mainly related to the formation, use or exchange of material assets that are based on material values.
There are different views on the phenomenon of moral value. For example, in some philosophical sources the concept of moral value is explained as follows:
Moral value is the cognition, goals, moral norms and beliefs that many members of any social group or community believe and admit for maintaining their physical and spiritual existence.

A154.1

Ardı:
Maddi dəyər anlayışı daha rahat izah oluna bilir. Maddi dəyər üzərində dayandığı maddi varlığın əsasən ya formalaşması, ya istifadəsi, ya da mübadiləsi ilə bağlı meydana gəlir.
Mənəvi dəyər fenomeninə isə fərqli baxışlar mövcuddur. Məsələn, müəyyən fəlsəfi mənbələrdə mənəvi dəyər anlayışına aşağıdakı kimi izah verilir:
Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

A153.2

Continuation:
So we can say that he is needlessly or that he is the only needy for needlessness. In this case the value is in the deepest layer. That spiritual liberty is the highest value of that thinker.
There is no means beyond him to disrupt his spiritual balance. It also means that there is no material or moral exogenous value that pursuing him.
Keeping him away from this higher value needs to demote him to poor values, but that is already too late. No one will change it for the poor ones who has attained the highest value and the pleasure.

A153.1

Ardı:
Beləliklə, deyə bilirik ki, o, ehtiyacsızdır, yaxud da yeganə ehtiyacı ehtiyacsızlıqdır. Bu halda dəyər ən dərin qatda yerləşmişdir. Bu təfəkkür sahibinin malik olduğu ali dəyər məhz həmin ruhi müstəqillikdir.
Ondan kənarda yerləşən elə bir vasitə yoxdur ki, onun rihi müvazinətini aradan aparsın. Bu isə eyni zamanda o deməkdir ki, onu öz ardınca yedəkləyəcək nə maddi, nə də mənəvi eqzogen dəyərlər mövcud deyil.
Onu bu ali dəyərdən uzaq salmaq üçün aşağı, cılız dəyərlərə endirmək lazımdır ki, bu isə artıq gecdir. Ali dəyərə və bunun yaratdığı məmnunluğa yetişən kəs bunu kiçik həzzlərə dəyişməyəcəkdir.

Wednesday, October 9, 2019

A152.2

Continuation:
The only value is the needlessness which that feature makes the owner of that value unquestionably superior in any management system. Here, in the sense of needlessness, we mean inner, spiritual freedom from both material and moral point of view.
In this case, the personage does not really want anything but a full, perfect liberty. İn deeply essence, he has no desire. The only desire is to protect that higher freedom.
He has a desire, but that is not out of him. He is not in need of any externality, material or spiritual thing.

A152.1

Ardı:
Yeganə dəyər ehtiyacsızlıqdır ki, bu xüsusiyyət həmin dəyərin sahibini istənilən idarəetmə sistemində birmənalı olaraq üstün tərəfə çevirir. Burada ehtiyacsızlıq deyəndə həm maddi, həm də mənəvi baxımdan daxili, ruhi azadlıq nəzərdə tutulur.
Bu zaman tərəf əslində tam, mükəmməl hürriyyətdən başqa heç nə istəmir. Dərin mahiyyət etibarilə onun heç bir istəyi yoxdur. Yeganə istəyi həmin ali azadlığını qorumaqdır.
Onun istəyi vardırsa da ondan kənarda deyildir. O, heç bir kənar amildən, maddi və ya mənəvi nəsnədən ehtiyaclı deyildir.

A151.2

Continuation:
As the value of an individual as well as the value of the community is essentially shallow, and it is easier to manage it. For example, in a system with the material value, the cost (weight, difficulty) of management equals to the value of that pecuniary.
Similarly, in a system loaded with moral values, the maintenance of those spiritual values becomes an essential element of governance.
Undoubtedly, because of the moral values are deeply rooted than material values, here the management process is deep, complex and interesting.

A151.1

Ardı:
Fərdin, eləcə də toplumun dəyərləri mahiyyət etibarilə dayaz olduqca onun idarə edilməsi daha rahatdır. Məsələn, maddi dəyərlərlə kifayətlənən sistemdə ümumilikdə idarəetmənin xərci (çəkisi, çətinliyi) həmin maddiyyatın dəyəri qədərdir.
Eynilə, maddi ilə yanaşı mənəvi dəyərlərlə yüklənmiş sistemdə həmin mənəvi dəyərlərin təmin edilməsi idarəetmənin vacib elementinə çevrilmiş olur.
Şübhəsiz ki, mənəvi dəyərlər maddi ilə müqayisədə daha dərində kök saldığı üçün idarəetmə prosesi dərin, mürəkkəb və maraqlıdır.

Wednesday, October 2, 2019

A150.2

Continuation:
Three important impulses are used in the management of the individual, the collective, and the larger human collections:
- avoid;
- motivation;
- discouragement (demotivation).
The most effective way to use the impulses starts with defining a values system of managed individual (or managed people). Here individual and collective values require unity on the one hand and a different (special) approach on the other hand.

A150.1

Ardı:
Fərdin, kollektivin, eləcə də daha böyük insan toplumlarının idarə edilməsində əsasən üç mühüm impulsdan istifadə olunur:
- çəkindirmək;
- həvəsləndirmək (motivasiya);
- ruhdan salmaq (demotivasiya).
Sadalanan impulslardan ən effektiv istifadə etməyin yolu idarə olunanın (yaxud idarə olunanların) dəyərlər sisteminin müəyyən edilməsindən başlayır. Burada fərdi və kollektiv dəyərlər bir tərəfdən vəhdət, digər tərəfdən fərqli (xüsusi) yanaşma tələb edir.

A149.2

Continuation:
How important is the phenomenon of value for those who manage people?
Regardless of any institutional level, all methods of individual, collective and mass management are related to values.
Values are the most important tool in management. In other words, if the whole system of behavior of an individual or a whole set of people is like a train, the values are its steam. Thus, grasping to the values will allow you to regulate all behaviors.

A149.1

Ardı:
Dəyər fenomeni insanları idarə edənlər üçün nə qədər vacibdir?
Hər hansı bir institusional səviyyədə olmasından asılı olmayaraq fərdi, insan toplumunu, kollektivi, kütləni idarə etmənin bütün metodları dəyərlərlə bağlıdır.
Dəyərlər idarəetmədə ən ümdə vasitə, tutacaqdır. Başqa cür ifadə etsək, əgər fərdin, yaxud insan toplumunun bütün davranışlar sistemi bir qatar kimidirsə, dəyərlər onun paravozudur. Beləliklə, dəyərlərdən yapışmaq bütün davranışları tənzimləməyə imkan verəcəkdir.