Wednesday, October 16, 2019

A154.1

Ardı:
Maddi dəyər anlayışı daha rahat izah oluna bilir. Maddi dəyər üzərində dayandığı maddi varlığın əsasən ya formalaşması, ya istifadəsi, ya da mübadiləsi ilə bağlı meydana gəlir.
Mənəvi dəyər fenomeninə isə fərqli baxışlar mövcuddur. Məsələn, müəyyən fəlsəfi mənbələrdə mənəvi dəyər anlayışına aşağıdakı kimi izah verilir:
Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

No comments:

Post a Comment