Beləliklə, deyə bilirik ki, o, ehtiyacsızdır, yaxud da yeganə ehtiyacı ehtiyacsızlıqdır. Bu halda dəyər ən dərin qatda yerləşmişdir. Bu təfəkkür sahibinin malik olduğu ali dəyər məhz həmin ruhi müstəqillikdir.
Ondan kənarda yerləşən elə bir vasitə yoxdur ki, onun rihi müvazinətini aradan aparsın. Bu isə eyni zamanda o deməkdir ki, onu öz ardınca yedəkləyəcək nə maddi, nə də mənəvi eqzogen dəyərlər mövcud deyil.
Onu bu ali dəyərdən uzaq salmaq üçün aşağı, cılız dəyərlərə endirmək lazımdır ki, bu isə artıq gecdir. Ali dəyərə və bunun yaratdığı məmnunluğa yetişən kəs bunu kiçik həzzlərə dəyişməyəcəkdir.
No comments:
Post a Comment