Tuesday, November 1, 2022

A447.1

Ardı:

Bu iki təxəllüs arasında qafiyə uyğunluğu olsa da, məna fərqinin böyük, bir qədər də ziddiyyətli olduğunu görürük. Biri bəlli təsvirə malik məkanla bağlıdırsa, digəri məkansızdır.

Ədəbi təhlilçilər qeyd edirlər ki, məhz bu kontekstdə Nəsimi Nəimi ilə qütbləşmiş olur. Birincisi məna etibarilə daha genişdir. Nəsimi bir “hava”dır ki, nə məkana sığar, nə də görkəmə gələr. 

Bütün bu bənzətmələr Nəimi fenomeninin parıltısını azaltmır, əksinə davamçısı Nəsimi ilə birlikdə onun şərəfinin güclü ifadəsinə çevrilmiş olur. 

İstifadə olunmuş mənbə: anl.az


No comments:

Post a Comment