Ardı:
Ədəbiyyat tarixçiləri Nəsiminin yapıncı geyməsinə də maraqlı münasibət bildirirlər. Qeyd olunur ki, bu məqamın da öz tarixi dəlili vardır.
Bildirirlər ki, Nəsiminin bu qiyafəsinin səbəbi ustadı Nəiminin şagirdlərinə ithafən yazdığı “Vəsiyyətnamə” əsərindən irəli gəlir.
Nəimi orada qeyd edir ki, geyiminizi, xarici görünüşünüzü dəyişin, şirvanlı və dağlı camaatının şəklinə salın, əlçatmaz ucqarlara, uzaq dağlıq yerlərə gedin və getməkdə tələsin.
İstifadə olunmuş mənbə: anl.az
No comments:
Post a Comment