Thursday, November 28, 2013

İqtisadi fərd və Homo ekonomikus

İlk dəfə XIX əsrin sonlarında irəli sürülən İqtisadi fərd anlayışı kifayət qədər bilik səviyyəsinə və rasional davranışa malik, lakin eyni zamanda bütünlüklə şəxsi maraq və şəxsi mənfəətpərəstlikən uzaq olan hipotetik fərdi ifadə edir.
İqtisadi fərd elə bir xəyali şəxsdir ki, o, istehlak tarazlığına əsaslanan iqtisadi modelə uyğundur, yəni həmin modelin şərtlərinə cavab verir. Bütün iqtisadi fərdlərin seçimləri istənilən seçim situasiyalarının maksimallaşdırılması qabiliyyətini ifadə edən özünün “faydalılıq funksiyası”na əsaslanır.

Bütün iqtisadi modellər hipotetikdir və bu modellərin əsaslandığı fərziyyələr real həyati şərtlərdən fərqlənir. Məsələn, çoxlu sayda iqtisadi modelləşdirmə fərziyyələrinə görə tələbin qiymətdən asılılıq funksiyası xəttidir. Lakin, bir çox əmtəələr üçün bu yanaşma real istehlak şəraitini əks etdirmir.  Beləliklə iqtisadi fərd cəmiyyətin hər bir üzvünü simvolizə edən elə bir şəxsdir ki, onun üstünlük verdiyi seçimlər iqtisadi modellərin şərtlərinə cavab verir (İnvestipediyanın yanaşması).

Homo ekonomikus elə bir şəxsdir ki, o, özünün ehtiyac və istəklərini maksimum dərəcədə təmin etmək niyyətindədir. Homi ekonomikus adətən rasional iqtisadi agenti təsvir etmək üçün istifadə olunur, hansı ki, onun fəaliyyəti sərvətin maksumumuna hədəflənmişdir, hətta bunun üçün işləməsi tələb olunmursa o, işləməyi də arzulamır. Bu fərziyyə, yaxud yanaşma mübahisəli olsa da əksər iqtisadçılar, xüsusilə rasional seçim nəzəriyyəsini doğru hesab edən iqtisadçılar tərəfindən qəbul edilmişdir. Homo ekonomikus konsepsiyası faydalılıq məsələsini irəli sürən mütəfəkkirlər tərəfindən inkişaf etdirilmişdir, hansı ki bu, davranış iqtisadçılarının yanaşması ilə ziddiyyətə malikdir.

Mənbə: http://financial-dictionary.thefreedictionary.com

http://www.investopedia.com

No comments:

Post a Comment