Monday, November 4, 2013

Məmnunluq ekonomiksi

Məmnunluq ekonomiksi məmnunluq məsələlərinin nəzəri və kəmiyyət tərəflərinin öyrənilməsidir. Elmin bu sahəsi aşağıdakıları ehtiva edir:
  ü müsbət və mənfi təsirləri;
  ü rifah;
  ü yaşamın keyfiyyəti;
  ü yaşamdan razılıq;
 ü ekonomiksi digər sahələrlə (psixologiya, sosiologiya və s.) əlaqələndirən aidiyyatı konsepsiyalar.
İzah olunan məmnunluq subyektivdir. Bu səbəbdən bir fərdin məmnunluğunu başqa birininki ilə müqayisə etmək çətindir. Xüsusilə də mədəniyyətlər arasında məmnunluq səviyyələrini müqayisə etmək daha mürəkkəbdir.
Halbuki, məmnunluq məsələlərini araşdıran çoxlu sayda iqtisadçılar bu mürəkkəbliyi ram etdiklərinə inanırlar. Millətlər üzrə böyük miqyasda göstəricilər sisteminin çarpaz təhlilləri və zaman amili göstərir ki, məmnunluq məsələlərinin determinantlarının uyğun olması ilə bağlı nümunələr mövcuddur.
Məmnunluğun ölçülməsi üçün subyektiv ölçü meyarlarından istifadə olunması səciyyəvidir – sorğular və / və ya obyektiv meyarlar. Məmnunluqla bağlı aparılan sorğuların keyfiyyəti respondentlərin dürüstlüyü və etibarlılığından irəli gəlir.


Wikipedianın bəzi materiallarından istifadə olunmuşdur. 

No comments:

Post a Comment