Sunday, November 24, 2013

ÜMUMİ MİLLİ MƏMNUNLUQ

Ümumi milli məmnunluq (ÜMM) aşağıda göstərilən meyarlarə görə hər nəfərə düşən məcmu orta göstərici üzrə funksiyadır:

1. İqtisadi rifah: birbaşa sorğu, həmçinin istehlakçıların borcu, orta gəlirliyin istehlak qiymətləri indeksinə nisbəti, gəlirlərin bölgüsü kimi statsitik meyarlar üzrə iqtisadi göstəricilər əsasında müəyyən olunur.
2. Ətraf mühitə görə rifah: birbaşa sorğu, həmçinin çirklənmə, səs-küy və nəqliyyat sıxlığı kimi statsitik meyarlar üzrə ətraf mühit göstəriciləri əsasında müəyyən olunur.
3. Fiziki rifah: birbaşa sorğu, həmçinin ciddi xəstəliklər kimi statsitik meyarlar üzrə fiziki sağlamlıq göstəriciləri əsasında müəyyən olunur.
4. Əqli (psixi) rifah: birbaşa sorğu, həmçinin antidepressiantlardan istifadə səviyyəsi və ya psixoterapiya xəstələrinin azalma dərəcəsi kimi statsitik meyarlar üzrə əqli (psixi) sağlamlıq göstəriciləri əsasında müəyyən olunur.
5. Məşğulluq (iş yeri) rifahı: birbaşa sorğu, həmçinin işsizlik, iş yerinin dəyişdirilməsi, əmək münasibətləri üzrə şikayətlər və məhkəmə iddiaları kimi statsitik meyarlar üzrə əmək göstəriciləri əsasında müəyyən olunur.
6. Sosial rifah: birbaşa sorğu, həmçinin ayrıseçkilik, təhlükəsizlik, boşanma halları, məişət müaqişlərinə görə şikayətlər, ailə münasibətləri üzrə məhkəmə iddiaları, mülki iddialar, cinayətkarlıq səviyyəsi kimi statsitik meyarlar üzrə sosial göstəricilər əsasında müəyyən olunur.
7. Siyasi rifah: birbaşa sorğu, həmçinin yerli demokratiyanın keyfiyyəti, fərdi azadlıq və xarici münaqişələr kimi statsitik meyarlar üzrə siyasi göstəricilər əsasında müəyyən olunur.


Wikipedia-nın bəzi materiallarından istifadə olunmuşdur.

3 comments:

  1. Salam müəllim, çox xoşum gəldi. bilmirəm niyə, amma mən oxuduqca ağlımnan bu meyarların açılışı əlavə olaraq bu şəkildə də keçdi. Uşağın yetişməsi üçün ardıcııl olaraq lazımi amillər kimi baxaq ))
    1. İqtisadi Rifah ( Pulu işlətməyi, xərcləməyi və qazanmağı öyrətmək)
    2. Ətraf Mühitə görə Rifah (Özünü aparmağı, davranış qaydalarını öyrətmək)
    3. Fiziki Rifah (İdman və sağlamlığının qeydinə qalmağı öyrətmək)
    4. Əqli Rifah ( Psixoloji və elmi inkişaf, özünüdərk)
    5. Məşğuluq Rifahı ( həyatda mövqe, karyera)
    6. Sosial Rifah ( Sosiallaşma və ailə qurma)
    7. Siyasi Rifah (Vəzifə, Rəhbərlik , İdarəetmə həm ailəç həm də iş həyatında)

    bunlar birdən birə yaranan fikirlərdi təbii ki, yanıla bilərəm. Mümkünsə fikrinizi bildirərdiniz. Bu aspektdən yanaşmam nə dərəcədə doğrudur?

    ReplyDelete
    Replies
    1. Maraqli sherhine gore teshekkur edirem Serxan. Milli memnunlugu mueyyen eden determinantlara verdiyin izahlarla umumilikde raziyam.

      Delete
    2. Çox sağolun, müəllim. Allah razı olsun

      Delete