Bəşərin gerçək problemi
Bütün dünyada
hazırda insanların zehnini məşğul edən, onların hazırkı mövcudluğunun məğzinə
təsir edən başlıca sosial problemin mahiyyətini aşağıdakı sualın cavabında
ümumiləşdirmək olar:
Bəşəriyyətə layiq
olan, ona yaraşan, onu firavan sosial həyata qovuşduran system hansıdır?
Təbii olaraq, bu
problem mühüm və təhlükəli mövqeyə malikdir.
Bu barədə təklif
olunan konsepsiya və qətnamələr özünün mürəkkəbliyi və müxtəlifliyi ilə elə bəşəriyyətin
özü üçün, eləcə də önun xalis sosial mahiyyətinə təsir edən insani həyatı üçün
təhlükə yaradır.
Bu problem
bəşəriyyətin mövcud olduğu qədim tarixin üzaq dövrlərinə qədər kök salır.
İnsan özünün
sosial həyatında törəyib çoxaldığı dövrdən bəri bu problemlə üz-üzədir.
İnsaniyyətin
sosial mahiyyəti müxtəlif fərdlərin bir-biri ilə ümumi əlaqə və rabitə telləri
ilə bağlanmaları ilə meydana gəlmişdir.
Bu əlaqələrin isə
ümumi istiqamətlənmə və tənzimlənməyə ehtiyacı vardır.
Şübhəsiz ki, bu,
sosial sistem ilə bəşərin reallığının harmoniyasından irəli gəlir, hansı ki,
sosial sabitlik və firavanlıq, məhz, bundan asılıdır.
Muhammad Baqir əl-Sədrin
tədqiqat işindən istifadə olunmuşdur
No comments:
Post a Comment