Sunday, August 9, 2015

Qandinin iqtisadi fikirləri (11)

İstəklərin məhdudlaşdırılması

Ardı

Trast konsepsiyası Qandinin iqtisadi yazılarında geniş şəkildə müzakirə olunmuşdur ki, bu xüsusda sözügedən mövzunun müfəssəl sadalanmasına ehtiyac yoxdur.

Bu konsepsiyada Qandi nəzərdə tutur ki, kapitala sahiblik və onun idarə olunması kapitalistin özəl mənfəəti üçün deyil, məhz cəmiyyətin qazancı üçün olmalıdır.

Hətta əgər kapitala bu tərzdə yanaşılarsa belə, kapital sahibləri ilə fəhlələr arasında onların ortaq istehsallarının bölüşdürülməsi uğrunda münaqişə davam edəcəkdir.

Bu, hər iki tərəfin bir-birlərinin iqtisadi qazanc hüquqlarına ixtiyari şəkildə güzəştlə yanaşacaqları vaxta qədər sürəcəkdir.

Hərçənd ki, Qandiçilik sosializmin beynəlmiləl qardaşlıq və gəlir bərabərliyi prinsipləri ilə tam razıdır, eyni zamanda vəhşi sinfi mübarizə bu məktəbin düşüncə tərzi üçün yaddır.

O, eyni zamanda Adam Smit ənənələrindəki sərbəst, özü-özünü tənzimləyən iqtisadiyyat həvəskarlarının tənqidçisi olmuşdur.

Beləliklə, trastlar kapitalizmin həriscəsinə sahiblənmə fəlsəfəsi ilə kommunizmin destruktiv məcburilik fəlsəfəsi arasında Qandiçiliyin qızıl ortası idi.


D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment