Monday, August 17, 2015

Qandinin iqtisadi fikirləri (14)

Nəticələr
Bu tədqiqat işi aydın şəkildə göstərir ki, çağdaş Hindistan Xalq Atası tərəfindən əsası qoyulan yolun əksi istiqamətndə çox uzaqlara səyahət etmişdir.
Planlaşdırmanın ilk illərində dövlətin siyasi çərçivəsinə bəzi Qandiçilik elementlərinin daxil edilməsi ilə bağlı müəyyən cəhdlər (böyük səmimiyyət və saf niyyətlə) mövcud idi.
Sonralar özlərinin kütləvi səfərbərliklər naminə potensiallarını reallaşdırmaqla və orijinal Qandiçilik baxışlarına əks olan nəticələrə nail olmaq üçün gizli motivlərlə bəzi Qandiçilik ideyalarını tətbiq etmək cəhdləri göstərildi.
Bununla belə, 1990-larda hətta Qandi dəyərlərinə qarşı nəzakət elementləri də müəyyən dərəcədə tərk edildi.

Son iki dekada müddətində siyasi gücə sahib müxtəlif rejimlər tərəfindən atılan ağıllı addımlar ardıcıllığı ilə hazırda millət elə bir mərhələyə yetişmişdir ki, həmin addımları geriyə çevirmək mümkün deyil və müasir Hindistan mühiti Mahatma prizmasından baxıldıqda naümidcəsinə itiriumiş haldadır.

Əminliklə demək olar ki, bu, Onun öz sevimli və doğulduğu ana torpağı üçün arzuladığı Ram Rajya deyildir. Artıq uzun müddətdir ki, ölkədə yoxsulluğun aradan qaldırılması, qeyri-bərabərliyin azaldılması və məşğulluğun yüksəldilməsi istiqamətində ciddi cəhdlər göstərilmir.


D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment