Thursday, August 13, 2015

Qandinin iqtisadi fikirləri (13)

Qandinin Hindistanın iqtisadi siyasət quruculuğuna təsiri

Ardı

Sonuncu mərhələ (1985-ci ildən sonra):

o   iqtisadiyyatın xaricə açılması;
o   nəzarətlərin sürətlə aradan qaldırılması;
o   və bazar mexanizmi istiqamətində ümumi hərəkat dövrü kimi xarakterizə olunur.

Qandidən sonrakı dövrdə iqtisadi siyasət çərçivəsində real dəyişikliklər və Qandi iqtisadiyyatının təkamülü
Mirdalın (1968, Bölmə.2, səh. 1215) qeyd etdiyi kimi, Qandi iqtisadiyyatının iki fərqli tərəfini bəyan etmək olar:

o   sənayeləşmənin çağdaş formalarına qarşı Qandiçiliyin təbii müxalifliyini təsdiq edən sərt versiyası ;
o   nisbətən daha mülayim versiya.

Qeyd olunan sərt versiya barədə Kumarappanın yazılarında (1984)  mükəmməl şəkildə bəhs olunur. Burada pul əsaslı kapitalist iqtisadiyyatı “parazit” iqtisadiyyat kimi xarakterizə olunur, eyni zamanda (başqalarına) “xidmət” prinsipi qeyri-zorakı iqtisadiyyat üçün baza kimi təqdir olunur.

Bəhs olunan mülayim versiya isə kəndli iqtisadiyyatına neqativ müdaxilə etməməsi baxımından sənayeləşməyə qarşı o qədər də müxalif mövqedə dayanmır (bax: Narayan (1970), Pani (2002) və s.).


D. M. Nachane-nin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment