Monday, January 18, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (7)

Müəlliflər yazır:
Özgə heç kəs, yalnız Allah nəyin doğru, nəyin yanlış olmasını bəyan etmək qüdrətindədir.
Allah iqtisadi sferada icazələr və qadağalar arasında fərqliliyi müəyyən etmişdir.
Allah insana caiz olan ərzaq və digər istehlak vasitələrindən faydalanmağa icazə vermiş, caiz olmayanlardan isə çəkindirmişdir.
Müəlliflər burada Qurani-Şəriflə davam edirlər.
Allah buyurur:
“Ey iman gətirənlər!
Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!
Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!”
Quran: 5 : 87-88
Heç bir bəşəri yartadılış nəyin doğru (halal), nəyin yanlış (haram) olmasını təsbit etmək qüdrətində deyildir.

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment