Wednesday, January 27, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (10)

Müəlliflər qeyd edir ki:
Qurani-Kərim bunu çox aydın ifadələrlə qadağan edərək buyurur:
 “Ey iman gətirənlər!
Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın.
Doğrudan da, Allah həddi aşanları sevməz!”
Quran: 5:87
Müəlliflər Qurani-Şəriflə sözə davam edirlər:
Başqa ayətdə Müqəddəs Quran ilahi buyuruq olmadan müəyyən nəsnələri (istehlak vasitələrini) məhdudlaşdıranlara sualla müraciət edir:
“(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?...”
Quran: 7:32
Bununla da Qurani-Kərim rahiblik və tərki-dünyalıq yolunu rədd edir.
Belə ki, həmin tərzi-həyatlarda fiziki məmnuniyyətlər ruhun inkişafı qarşısında maneə hesab olunurlar.  

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment