Monday, January 25, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (9)

Qurani-Şərif:
“Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.”
Quran: 16:114
Lakin, istifadənin (istehlakın) prinsipi iqtisadi resursların israf olunmasından və bədxərclikdən feyziyab olmağa qədər gedib çıxmamalıdır.
Qurani-Şərif bəşəriyyətə xitab edərək bu məqama aydınlıq gətirir:
“Ey Adəm oğulları!
Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.”
Quran: 7:31
Bütün nəsnələr Allah tərəfindən insanın istifadəsi və ona xidmət üçün yaradılmışdır.
Caiz (icazəli) ərzaq və digər istehlak mallarından faydalanmağı kiməsə məhdudlaşdırmaq, yaxud başqa birilərinə qadağan etmək Allahın nemətlərindən və rəhmətindən imtima etməyə bərabərdir, hansı ki, bu, ciddi şəkildə pislənmişdir.

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment