Monday, September 19, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (67)

Ardı
Əl-Tartusinin intellektual təşəkkürü bu fenomeni aydın şəkildə qavramışdır.
Belə ki, o, iqtisadi tərəqqiyə İslam dəyərləri çərçivəsində nail olmağı müsəlmanlara tövsiyə etmişdir.
İbn əl-Qayyim kənd təsərrüfatının inkişafını çox vurğulamışdır.
Bu fakta əsasən ki, burada torpağa sahib olan, lakin onu becərməyən, və ya becərməyi bacarmayan insanlar vardır.
Eyni zamanda, burada torpağı becərməyi bacaran və bunu arzulayan, lakin ona sahib olmayanlar mövcuddur.
İbn əl-Qayyim aqrar sektorda birgə məhsul istehsalı razılığını dəstəkləyir.
Ona görə, birilərinin torpağı təqdim etməsi, digərlərinin isə onu becərməsi ədalətlidir.
Onlar hasil olan nəticəni razılıq əsasında bölüşdürürlər.
Halbuki, birgə məhsul istehsalının mümkün olub olmaması barədə hüquqşunaslar arasında mabahisə mövcuddur.


Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment