Wednesday, September 21, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (68)

Ardı
Üçüncü dünyanın iqtisadçılarına görə, birgə məhsul istehsalı aqrar sektorda torpaqdan istifadənin yaxşı yolu deyildir.
İbn Teymiyyə (1263-1328) qeyd edir ki, hər bir kəs:
§  öz ailəsi qarşısında öhdəliklərini yerinə yetirməkdən;
§  Yaradan qarşısında vəzifələrini icra etməkdən
ötrü minimum yaşayış standartları ilə təmin olunmalıdır.
O, iqtisadi inkişafa gətirib çıxaran iqtisadi fəaliyyətlərin dini stausunu müəyyənləşdirmişdir.
O, qeyd etmişdir ki:
o   aqrar;
o   sənaye;
o   və ticari
fəaliyyətlər insanların təməl ehtiyaclarının təmin olunması üçün vacibdirlər.
Hər bir kəsin təməl ehtiyaclarının təmin olunmasında dövlətin cavabdehliyinin qeyd olunması onun ən vacib iqtisadi töhfələrindəndir.

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment