İQTİSADİ NƏZƏRİYYƏDƏ PARADOKSLAR
BELLE PARADOKSU
Fransalı nəzəriyyəçi J.Bellenin yanaşmasına görə
kapital hesabı bir tərəfdən müəssisənin şəxsi vəsaitlərini əks etdirir, digər tərəfdən
isə müəssisənin müəssisə sahibkarlarına (mülkiyətçilərinə) kredit borcunun
hesabı kimi çıxış edir.
L.Lomberq, J.Kursel-Senel kimi bir çox tanınmış nəzəriyyəçilər
bu paradoksallığı qeyd edən ideyanı dəfələrlə mənfi tənqid etmişlər. Opponentlər
müəssisənin mülkiyyətçiyə deyil, mülkiyyətçinin müəssisəyə borclu olduğunu izah
etməyə çalışmışlar. Onların fikrincə yalnız birtərəfli şəkildə mülkiyyətçi müəssisənin
öhdəliklərinin icrasına cavabdehlik daşıyır.
Buna baxmayaraq, Bellenin bu paradoksallıqla bağlı ideyalarına həmfikir olan nəzəriyəçilər
də az olmamışdır.
Ağanemət Ağayev
No comments:
Post a Comment