Tuesday, June 11, 2013


İQTİSADİ NƏZƏRİYYƏDƏ PARADOKSLAR
 
VEBLEN PARADOKSU

 
Amerikan sosioloqu və iqtisadçısı T.Veblenin adı ilə bağlı olan bu nəzəriyyəyə görə heç də həmişə iqtisadiyyatda hamı tərəfindən birmənalı şəkildə qəbul olunan əmtəənin qiymətinin azalması ilə ona olan tələbin səviyyəsinin artması və ya əksinə qiymətin artması ona olan tələbin səviyyəsinin aşağı düşməsi qanunu özünü doğrultmur.

Veblenə görə bir sıra hallarda bu effekt əks istiqamətdə təsir göstərir. Bu, o halda baş verir ki, əmtəənin qiyməti aşağı düşdükdə alıcılarda onun keyfiyyətinin aşağı düşməsi etimalı baş qaldırır. Beləliklə, qiymətin düşməsi tələbin artması ilə deyil, düşməsi ilə müşahidə olunur.

Başqa bir halda isə bu nəzəriyyənin tərəfdarlarına görə daha bahalı mallar almaq, istehlak etmək nüfuz göstəricisi kimi qiymətləndirilən cəmiyyətlərdə, dairələrdə əmtəələrin qiymətlərinin bahalaşması ona olan tələbatın azalması deyil artması effektini yaradır.

Sonuncu paradoks bəzən snob effekti də adlandırılır. Snob aristokrat cəmiyyətinin zövq və ədalarını kor-koranə təqlid etməyə çalışan və digər hər şeyə xor baxan adama deyilir.


Ağanemət Ağayev

No comments:

Post a Comment