“İQTİSADİYYAT”A
VERİLƏN TƏRİFLƏR
“İqtisadiyyat”ın
müxtəlif tərifləri mövcuddur.
Əlbəttə, bizim “iqtisadiyyat” anlayışını müəyyən
etməyimiz, ona tərif verməyimiz şəxsi və mədəni yanaşmamızdan, baxışımızdan
asılı ola bilər. Dar mənada bu, resursların idarə olunması kimi, daha geniş
anlamda isə coğrafi və ya siyasi regionun iqtisadi həyatının bütün
strukturlarını, sahələrini ehtiva etməklə müəyyən oluna bilər.
“İqtisadiyyat”a verilən 3 tərif
“WIKIPEDIA”
tərəfindən verilən tərif:
İqtisadiyyat əmək, kapital və
torpaq resurslarından, eyni zamanda əmtəələrin və xidmətlərin istehsalı,
mübadiləsi, bölgüsü və istehlakında sosial cəhətdən iştirak edən iqtisadi
agentlərdən ibarət olan ölkənin və ya
başqa bir ərazinin iqtisadi sistemini ifadə edir.
“OXFORD
LÜĞƏTİ” tərəfindən verilən tərif:
1.
Ölkənin
və ya regionun əmtəə və xidmətlərin istehsalı və istehlakı, həmçinin pul təklifi
baxımından quruluşu
yaxud,
2.
Sərəncamda
olan resursların ehtiyatlı idarə olunması
“Böyük Britaniyanın Milli Statsitika İdarəsi” tərəfindən
verilən tərif:
İqtisadiyyata istehsalçılardan istehlakçılara əmtəələrin
və xidmətlərin dövri axınları, həmçinin əməyin və kapitalın istehsal proseslərinə müvfaiq axınları kimi baxıla bilər. Buna bərabər
şəkildə göstərilən xidmətlər qarşılğında pul dövriyyəsi yer alır.
No comments:
Post a Comment