İQTİSADİ NƏZƏRİYYƏDƏ PARADOKSLAR
DƏYƏR PARADOKSU
Şotland iqtisadçısı, klassik iqtisadi nəzəriyyənin
banisi Adam Smit (5 iyun 1723 – 17 iyul 1790) tərəfindən göstərilən paradoksal
nəzəriyyəyə görə insanın həyatı üçün son dərəcə böyük əhəmiyyət, səmərə kəsb edən
suyun dəyəri aşağı, insan üçün cüzi, nəzərə alınmaz səviyyədə əhəmiyyətə malik
almazın dəyəri isə qat-qat yüksəkdir.
Bu onunla izah olunur ki, suyun məcmu təklifi yüksək,
almazın isə məcmu təklifi qat-qat aşağıdır.
A.Smitə görə məhsulun bazar dəyərini formalaşdıran
başlıca amil onun istehlakının əhəmiyyətlilik səviyyəsi deyil, bilavasitə
mövcud tələbat qarşılığında məcmu təklifin səviyyəsidir.
Ağanemət Ağayev
No comments:
Post a Comment