İQTİSADİ NƏZƏRİYYƏDƏ PARADOKSLAR
QİFFEN PARADOKSU
İslandiya əhalisinin istehlak strukturunun öyrənilməsi
ilə məşğul olan XIX əsr Britaniya statistiki Robert Qiffenin müşahidələrinə görə
çörəyin qiymətinin ciddi şəkildə artması ona olan tələbin azalması ilə deyil, əksinə
kəskin artması ilə müşahidə olunmuşdur.
Bunun səbəbi ondan ibarət olmuşdur ki, ərzaq məhsullarının
qiymətinin artması aşağı gəlirli əhali tərəfindən qida rasionunun sadələşdirilərək
nisbətən daha ucuz və daha çox kalorili ərzağa – çörəyə üstunluk verməsi ilə nəticələnmişdir.
Bu isə çörəyə olan tələbatın artmasına gətirib çıxarmışdır.
Ağanemət Ağayev
No comments:
Post a Comment