Bu etiqad
Müsəlmanların İslam Şəriətinə əsaslanaraq Qiyamət günü cəzalandırıla
biləcəklərinə inamını formalaşdırır.
Xurşid
Əhmədə görə:
“İslamın
rasionallıq konsepsiyası insan davranışının əsas determinantlarından biri kimi
şəxsi marağın aksiomatikalarının və postulatlarının daxili vəhdətini inkar
etmir.
Bu, şəxsi
marağı fərdi və sosial cavabdehlik məsələləri ilə, habelə ümumilikdə mənəviyyatla
əlaqələndirərək müəyyən əndazəyə salır, cilovlayır”.
Buna görə
də İslam Şəriəti cəmiyyətdə insanların şəxsi marağını lazımi istiqamətdə
formalaşdırmaq və ona nəzarət etmək üçün mənəvi və hüquqi çərçivə kimi
fəaliyyət göstərir.
Məsələn,
zəkat öhdəliyi Müsəlman cəmiyyətində qardaşlıq konsepsiyasını bərqərar edir.
Hansı ki,
yoxsul və imkansızlar arasında bölüşdürülməsi üçün varlı insanlar müəyyən
məbləğdə pul vəsaitini və ya mallları zəkat institutlarına ödəyirlər.
İsrafçılıq
konsepsiyasından fərqli olaraq, bu, cəmiyyətin müəyyən hissəsi məhrumiyyətdə
olduğu halda digər qrup insanları mal və sərvət artıqlığından çəkindirir.
ardı olacaq...
Mənbə: Malayziya
İslam Elmləri Universiteti
No comments:
Post a Comment