Ardı
XÜLASƏ
Əvvəlkidən irəli
gələrək, bəzi istisnalar nəzərə alınmaqla, böhran vəziyyətini öncədən təxmin edən
mövcud araşdırmalara görə, işgüzar yönümlülüyü və faydalılığı baxımından:
· İslam bankları;
· və ənənəvi banklar
əhəmiyyətli dərəcədə
fərqlənmirlər.
Bunun əksinə
olaraq, böhran dövrünün məlumatlarını ehtiva edən hazırkı əksər araşdırmalar vurğulayır
ki, maliyyə böhranları zamanı ənənəvi banklarla müqayisədə İslam bankları:
· səmərəliliklərini;
· və mənfəətliliklərini
qorumaqdan
ötrü daha çox çətinliklərlə üzləşirlər.
Buna
baxmayaraq, sonuncu məsələ ilə əlaqədar firmalar səviyyəsində empirik sübutlar
göstərir ki, İslam maliyyəsi ənənəvi sistemlə müqayisədə yarı dəfə az
risklidir.
Üstəlik, müxtəlif
araşdırmalar maliyyə böhranları zamanı İslam banklarının aktivlərinin yüksək
artıma malik olmalarını təsdiq edirlər.
Avropa Mərkəzi Bankının tədqiqat
işindən
(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho,
B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)
No comments:
Post a Comment