Tuesday, December 27, 2016

Avropada İslam maliyyəsi (17)

Ardı
1.2 NƏ ÜÇÜN İSLAM MALİYYƏSİ?
Müəllif yazır:
Tarixi nöqteyi nəzərdən, İslam maliyyəsi sistemi ideyası XX əsrin ikinci yarısında meydana çıxmağa başlamışdır.
Həmin dövrdə, müsəlman ictimaiyyətinin əksəriyyətinin müstəmləkələrdən azad olması və yeni dövlətlərin yaradılması İslam bankçılığı industriyasının əsaslarının formalaşmasına gətirib çıxardı.
İslam maliyyəsi sisteminə ümumi İslam iqtisadiyyatının bir seqmenti kimi baxılmışdır.
Bu:
§  kapitalist liberalizminə
§  və sosialist planlaşdırmasına
alternativ olmaqla İslami sosial sifarişi dəstəkləyirdi.
Bu, onların iqtisadi fəaliyyətini dini inancları ilə uzlaşdırmaq üçün doğru imkan yaradırdı.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment